AZ

Deputatın qətlinə görə həbs edilən erməni biznesmenlə bağlı YENİ TƏFƏRRÜATLAR

Ukraynada yaşayan erməni iş adamı Araik Əmirxanyan keçmiş Rada deputatı İlya Kivanın qətlində ittiham edilərək Rusiyada həbs olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Əmirxanyan artıq beş ildir Ukraynada dələduzluq ittihamı ilə axtarılır.

Eyni zamanda, Əmirxanyan rüşvət işi ilə bağlı artıq həbsdədir.

Xatırladaq ki, Kivanın meyiti 2023-cü ilin dekabrında Moskva vilayətində tapılıb.

İstintaqın ilkin məlumatına görə, parkda naməlum şəxs ona atəş açıb və o, hadisə yerində ölüb.

Ukrayna Müdafiə Nazirliyi Kivanın SBU-nun xüsusi əməliyyatı zamanı öldürüldüyünü açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
29
interpress.az

1Mənbələr