AZ

IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

XQ-yə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri elan olunub.

Müsabiqəyə 54-ü (3%) “Ümumi təhsil müəssisələri”, 1 498-i (97%) isə “Fərdi layihələr” kateqoriyası üzrə olmaqla ümumilikdə 1 552 layihə təqdim edilib. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 516 (98%) layihə “Məzmun ekspertizası” mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 220 layihə qrant qazanıb. Həmin layihələrin 6-sı (3%) ümumi təhsil müəssisələrinin, 214-ü (97%) isə təhsilverənlərin fərdi layihələridir.

Qrant qazanmış iştirakçılardan 157-si (71%) ilk dəfədir ki bu müsabiqənin qalibi olub. Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Cəlilabad, Gəncə, Abşeron, Şəmkir və Sumqayıt daxildir.

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər. 

Müsabiqənin yekunlarını əks etdirən cədvəllə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

Nurəngiz Adilqızı
XQ

 

Seçilən
33
12
xalqqazeti.az

10Mənbələr