Argentina milli komandasının və "İnter Mayami"nin kapitanı Lionel Messi dekabrın 13-dən 15-dək Hindistana səfər edəcək.
Publika.az xəbər verir ki, səfər proqramına üç şəhər – Kəlküttə, Mumbay və Yeni Dehli üzrə tur daxildir. Burada argentinalı futbolçu azarkeşlərlə görüşəcək və stadionlarda təşkil olunacaq futbol tədbirlərində iştirak edəcək.
Səfərdən öncə Messi xüsusi jest edib. Leo Hindistanın Baş naziri Narendra Modini 75 yaşı münasibətilə təbrik edib və ona 2022-ci ilin Argentina yığmasının imzalı formanı göndərib. Həmin forma ilə komanda dünya çempionu olub.
Gözlənilir ki, Messinin Modi ilə şəxsi görüşü də baş tuta bilər. Bundan əlavə, Argentina Futbol Assosiasiyasının məlumatına görə, bu payız milli komandanın Hindistanda yoldaşlıq oyunu keçirməsi imkanı da nəzərdən keçirilir.