AZ

Sutka ərzində ikinci fiqurlu konkisürəni yük maşını vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avstriyalı fiqurlu konkisürən Yulia Mari Qayzer avtomobil qəzasında dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə "RAI News" məlumat yayıb.
Faciə velosiped yürüşü zamanı baş verib. İdmançını yolayrıcında yük maşını vurub. Qəza zamanı yük maşınının sürücüsü sərxoş olmayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, sentyabrın 15-də yük maşını italiyalı gənc fiqurlu konkisürmə ulduzu Matilda Ferrarini vurub.
Hadisə İtaliyanın şimalında idmançı ictimai nəqliyyatı gözləyən zaman baş verib.
2025-ci ilin yayında Ferrari İtaliya Kubokunun finalında bürünc, 2024-cü ildə isə Paduyada keçirilən Venesiya Kubokunda qızıl medal qazanıb.
Seçilən
36
4
oxu.az

5Mənbələr