AZ

“New York Times”a qarşı 15 milyard dollarlıq təzminat iddiası qaldırır

ABŞ Prezidenti Donald Tramp “New York Times”a qarşı 15 milyard dollarlıq təzminat iddiası qaldıracağını açıqlayıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Tramp iddianın səbəbi kimi “böhtan və qaralama”nı göstərib.

“New York Times"ın məni yalanlar, böhtan və qaralama ilə hədəfə almasına çox uzun müddətdir icazə verilir. Bu, artıq SONA ÇATIR!”, - o bildirib.

Tramp qəzetin 2024 seçkilərində rəqibi Kamala Harrisi dəstəkləməsini tənqid edərək qeyd edib:  “New York Times Radikal Sol Demokrat Partiyasının sözçüsünə çevrilib”.

Tramp həmçinin Harrisə verilən dəstəyin qəzetin birinci səhifəsinin tam ortasında yayımlandığını və bunun “indiyədək görünməmiş bir hal” olduğunu vurğulayıb.

Bundan başqa Tramp bəzi media orqanlarını və televiziya proqramlarını da sənədləri və görüntüləri inkişaf etmiş sistemlərlə dəyişdirərək onu qaralamaqda ittiham edib.

Seçilən
35
operativmm.az

1Mənbələr