AZ

Germanium Çin tədarükünün kəsilməsi ilə son 14 ilin ən yüksək səviyyəsinə qalxıb

Çin dünyanın ən böyük germanium istehsalçısıdır. Eyni zamanda, Silverado Policy Accelerator-a görə, yanvar-iyul aylarında bu metalın Çindən ABŞ-a idxalı illik müqayisədə təxminən 40% azalıb. Nadir metalların tədarükünü məhdudlaşdırmaq, Çin şirkətlərinə qabaqcıl mikroçiplərin satışını qadağan edən ABŞ və Hollandiyanın tədbirlərinə cavab olaraq Çin hakimiyyətinin məqsədyönlü siyasətidir.

Finss.az xəbər verir ki, Rusiya həm də ənənəvi olaraq ən böyük germanium tədarükçülərindən biri olub, lakin ölkəyə tətbiq edilən sanksiyalar Qərb ölkələrinin Rusiya germaniumuna çıxışını məhdudlaşdırıb.

Lipmann Walton & Co. treyderi Aaron Jerome qeyd etdi ki, Çin məhdudiyyətləri "spot bazarın mövcud olmasını qeyri-mümkün etdi".

“Əvvəllər tədarükçülərdən 100 kq germanium alırdıq, indi isə 10 kq ala bilsək, 3-4 dəfə baha qiymətə sevinirik”, - deyə o əlavə edib.

Seçilən
139
fins.az

1Mənbələr