AZ

Ərdoğan Haftarın oğlunun Türkiyə kəşfiyyatı ilə əlaqə saxladığını bildirib

Haftarın (Liviyanın şərq hissəsinin de-fakto lideri Xəlifə Haftar-red.) oğlu bizim kəşfiyyatımızla əlaqə saxlayır, o, vaxtaşırı Xarici İşlər Nazirliyi ilə də əlaqə saxlayır. Yəni bizdən təcrid olunmayıblar.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

“Liviyada Şərqlə Qərb arasında konstruktiv dialoqun qurulmasının zəruri olduğuna inanırıq. Biz Liviyanın suverenliyini, ərazi bütövlüyünü və siyasi birliyini qorumaq istəyirik. Biz bu məqsədlərə uyğun addımlar atırıq”, - Ərdoğan vurğulayıb.

Seçilən
9
3
apa.az

4Mənbələr