AZ

İƏT Mədəniyyət Festivalının tarixi dəyişib

"İƏT (İslam Əməkdaşlıq Təşkilatı) Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" tədbirinin keçirilmə tarixi dəyişdirilib.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, festival dekabrın 5-11-də keçiriləcək. Tarix dəyişikliyi tədbirin təşkilati və proqram baxımından daha səmərəli və genişmiqyaslı keçirilməsi məqsədilə aparılıb.

Festival çərçivəsində bir sıra ölkələrdən iştirakçıların qatılacağı mədəni proqramlar, sərgilər, musiqili çıxışlar və panel müzakirələr planlaşdırılır.

Qeyd edək ki, "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" Bakıda oktyabrın 6-12-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcəkdi.

Seçilən
10
1
kulis.az

2Mənbələr