AZ

Çində avtomobillərin bu detalla istehsalı qadağan edilir - FOTO

Dünyada avtomobil sektorunun liderinə çevrilən Çin avtomobillərdə təhlükəsizlik baxımından son illərdə geniş yayılmış gizli qapı tutacaqlarını qadağan etməyə hazırlaşır. 
Avtosfer.az xəbər verir ki, yeni tənzimləmə həm sürücülərin, həm də sərnişinlərin təhlükəsizliyini artırmaq məqsədi daşıyır.

Məlumata görə, qərar 2027-ci ilin iyul ayında qüvvəyə minəcək. Avtomobil istehsalçılarına yeni qaydalara uyğun dizayn hazırlamaları üçün isə bir illik keçid dövrü veriləcək.

Layihəyə əsasən, tamamilə gizli qapı tutacaqlarının istifadəsinə icazə verilməyəcək. Bunun əvəzində yalnız yarı-gizli və ya ənənəvi qapı tutacaqlarından istifadə oluna biləcək. Həmçinin bu modellərdə mütləq mexaniki ehtiyat sisteminin olması tələb olunacaq.

Ekspertlər bildirirlər ki, gizli qapı tutacaqları aerodinamikaya müəyyən qədər töhfə versə də, onların üstünlükləri məhdud və risklidir. Elektron sistemlərin nasazlıq riski yüksəkdir, əlavə xərclər yaradır və əlverişsiz hava şəraitində işləməyə bilər.

Qəza testlərinin nəticələri də bu narahatlıqları təsdiqləyib. Belə ki, qəzadan sonra elektron qapı tutacaqlarının işlək vəziyyətdə qalma göstəricisi yalnız 67% olub. Mexaniki sistemlərdə isə bu rəqəm 98%-ə çatıb. Bu fərqin fövqəladə hallarda insan həyatının xilas olunması baxımından son dərəcə vacib olduğu vurğulanıb.

Eltac Zülfüqaroğlu

Seçilən
25
1
avtosfer.az

2Mənbələr