AZ

Qəzza od içində! - Netanyahu məhkəmədən möhlət istədi

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu Qəzzada irimiqyaslı əməliyyata başladıqlarını bəyan edib.

Çərşənbə axşamına keçən gecə SAXAL-ın Qəzza şəhərinin ələ keçirilməsi əməliyyatının intensiv mərhələsi başladılıb. 

İsrailin Baş naziri bununla əlaqədar bildirib: "Qəzzada intensiv əməliyyata başlamışıq".

Netanyahu bu açıqlamanı korrupsiya cinayəti ilə bağlı ifadə verməzdən əvvəl, məhkəmə zalında bildirib.

"Ynet" portalının məlumatına görə, Netanyahu bu əməliyyatla bağlı məşğul olduğunu bildirərək məhkəməyə müraciət edib, iştirak elədiyi müntəzəm dinləmələrin təxirə salınmasını xahiş edib.

İsrailin müdafiə naziri İsrael Kats Qəzzaya tankların daxil olduğunu, havadan zərbələr endirildiyini, şəhərin hazırda od içərisində olduğunu deyib.

Hürr Tərcüman

Seçilən
23
1
hurriyyet.az

2Mənbələr