AZ

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

“Əvvəllər şəhadətnamələr kağız daşıyıcıda təqdim olunurdu. Son bir neçə ildir ki, bu sənədlər elektron formada verilir”.TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən brifinqdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov səsləndirib.“Biz bu cəhdlərlə qarşılaşırıq və bəzən insanlar bu halların qurbanına çevrilirlər. Bu baxımdan vətəndaşlar da bu vəziyyətlərdə ön plana çıxır. Eyni zamanda son illərdə aparılan rəqəmsallaşma siyasəti fonunda “myGov”a sənədi yerləşdirməsi vaxtı araşdırılır. Və araşdırma zamanı saxtalaşdırma hallarının şahidi oluruq”, – deyə o bildirib.O qeyd edib ki, bəzi vətəndaşlarımız müraciət edərək bildirirlər ki, şəhadətnamələri şəxsi kabinetdə əks olunmur. Araşdırmalar nəticəsində isə məlum olur ki, təqdim edilən sənəd saxtadır:“Saxta diplomlar illər əvvəl müəyyən şəxslər tərəfindən təqdim olunub. Nəticədə vətəndaş bu prosesin qurbanına çevrilib. Biz bu halları araşdırırıq və çox vaxt belə sənədlərin saxta olduğu tərəfimizdən müəyyən edilir. Bu baxımdan, rəqəmsallaşma saxta diplom və şəhadətnamələrin üzə çıxarılmasına və bu cür halların qarşısının alınmasına dəstək verir”.

Seçilən
29
15
tehsil.biz

10Mənbələr