AZ

Azərbaycan işgüzar turizm imkanları Səudiyyə Ərəbistanında təqdim olundu

BAKI, 16 sentyabr. TELEQRAF

Turizm Bürosunun iştirakı ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən “Kingdom Business & Luxury Travel Congress” (KBLT) tədbirində Azərbaycanın işgüzar turizm imkanları təqdim olunub.

Dövlət Turizm Agentliyindən Teleqraf-a verilən məlumata görə, tədbir çərçivəsində Səudiyyə Ərəbistanının işgüzar tədbirlər, korporativ və lüks səyahət seqmentləri üzrə aparıcı mütəxəssisləri və agentliklərinə Azərbaycanda irimiqyaslı konfransların və yüksək səviyyəli işgüzar tədbirlərin təşkili üçün mövcud infrastruktur və ölkəmizin ümumi turizm potensialı haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, KBLT tədbirində 35 ölkədən 140 şirkət olmaqla, ümumilikdə 200 təmsilçi iştirak edir.

Seçilən
32
4
teleqraf.com

6Mənbələr