AZ

Almaniyada seçkilərin ilkin nəticələri: Onlar öndədir

Almaniyanın ən sıx məskunlaşdığı əyalət olan Şimali Reyn-Vestfaliyada keçirilən yerli seçkilərdə ilkin nəticələr açıqlanıb.

Publika.az xəbər verir ki, Mühafizəkar Xristian Demokrat İttifaqı (CDU) birinci yeri qoruyub. İfrat sağçı Alternativ Almaniya (AfD) isə 5,1 faizdən 14,5 faizə yüksələrək “üçüncü ən güclü partiya” mövqeyinə çıxıb.

Hakim Sosial Demokrat Partiyası (SPD) 22,1 faiz səs toplayaraq ikinci olub və əvvəlki seçkilərlə müqayisədə 2,2 faiz itirib. SPD ilə yanaşı Yaşıllar və Azad Demokrat Partiyası (FDP) də səslərini azaldıb, Sol Partiya isə səs payını artırıb.

Seçici fəallığı da yüksəlib. Beş il əvvəl 51,9 faiz olan göstərici bu dəfə 56,8 faizə çatıb. 13,7 milyon seçicidən təxminən yarısı səsvermədə iştirak edib.

Seçilən
33
publika.az

1Mənbələr