Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, kanalizasiya sisteminin yenidən qurulması, asfalt-beton örtüyünün vurulması işləri və sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
RİH başçısı qəbulda növbə ilə söz alan vətəndaşları fərdi qaydada dinləyib, onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.








4Mənbələr
-
sabahinfo.azRüstəm Xəlilov Qırx Çıraq qəsəbəsinin sakinləri ilə görüşdü ( 21418231)
-
modern.azRüstəm Xəlilov Qırx Çıraq qəsəbəsinin sakinləri ilə görüşdü FOTO ( 21411595)
-
modern.azSalyanın İcra başçısı Rüstəm Xəlilov Qırx Çıraq qəsəbə ( 21411322)
-
demokrat.azİcra başçısı qəsəbə sakinlərinin problemlərini dinlədi— FOTOLAR ( 21401752)