HƏMAS ABŞ prezidenti Donald Trampın onları əsirləri “canlı qalxan” kimi istifadə etməyə hazırlaşmaqda ittiham etməsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, təşkilatın bəyanatında Trampın açıqlamaları “sionist təbliğatın açıq qərəzini” və “ikili standartın bariz nümunəsini” əks etdirdiyi qeyd olunub.
Bəyanatda, həmçinin vurğulanıb ki, Tramp “Qəzzada 65 min günahsız mülki şəxsin öldürülməsini və etnik təmizləmə cinayətini görməzdən gəlir”.
HƏMAS əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahu əsirlərin azad olunması və müharibənin dayandırılması məqsədilə aparılan danışıqları sabotaj edir.