AZ

Cıdır düzündə BƏƏ ilə dostluq rəmzi kimi Qarabağ atlarının yürüşü keçirilib - VİDEO

"Şuşada tarixi Cıdır düzündə Qarabağ atlarının nümunəvi yürüşü təşkil olunub".

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabındakı paylaşımında qeyd edib.

Hikmət Hacıyev qeyd edib ki, tədbir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluğun rəmzi kimi keçirilib:

"Qarabağ atlarının nümayişi mədəni irs və qardaşlığın simvolu olaraq bu müqəddəs torpaqda xalqları birləşdirib".

Seçilən
30
14
apa.az

10Mənbələr