AZ

Bakının bu ərazisində söküntüyə başlanılır – 17 milyon manatlıq müqavilə

Bakının Yasamal rayonunda söküntü işlərinə başlanılır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Yasamal Rayon İcra Hakimiyyəti yeni müqavilə bağlayıb.

Müqavilədə köçürülmə ilə əlaqədar daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsi işləri nəzərdə tutulur.

Belə ki, RİH həmin işlərin icrasını “Ramco” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və onunla 17 milyon manat dəyərində müqavilə bağlayıb.

Bundan əlavə, rayon ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi ilə əlaqədar daşınmaz əmlakların ekspertizası və kütləvi qiymətləndirilməsi işləri həyata keçiriləcək. RİH bununla əlaqədar isə “Ekspert Audit” şirkəti ilə 2 milyon manat dəyərində müqavilə bağlayıb.

Seçilən
19
6
editor.az

7Mənbələr