AZ

Prezident iqamətgahı üzərindən uçan PUA ələ keçirilib

Prezident

Polşa paytaxtı Varşavada hökumət binaları və prezident iqamətgahı üzərindən uçan pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Həmin PUA-nı idarə edən iki Belarus vətəndaşı isə saxlanılıb.

Reyting.az
xəbər verir ki, Polşa baş naziri Donald Tusk dron operatorlarının təhlükəsizlik xidmətlərinin müdaxiləsindən sonra tutulduğunu açıqlayıb.

Səlahiyyətlilər pilotsuz təyyarənin vurulmadığını və operatorlar tutulduqdan sonra yerə endiyini bildirib. Prezident iqamətgahı üzərində uçan pilotsuz təyyarənin Polşadan havaya qalxdığı qeyd olunur.

İnsident Belarus və Rusiyanın minlərlə hərbçinin iştirakı ilə başladığı “Qərb 2025” təlimləri zamanı baş verib.

Təlimdən əvvəl Polşa, Latviya və Litva Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayıb və hərbi birləşmələr qurublar.

Minsk administrasiyası təlimdə 6 min Belarus və 1000 rus əsgərinin iştirak etdiyini açıqlayıb.

Təlim Rusiyaya hücumdan sonra Rusiyanın əks-hücumunu simulyasiya edib.

Xatırladaq ki, ötən həftə Rusiya pilotsuz təyyarələrinin hücumlarından sonra Polşa yüksək hazırlıq vəziyyətinə gətirilib. NATO-nun baş katibi Mark Rutte pilotsuz təyyarələrin sərhədləri pozmasından sonra “Şərq nəzarəti” adlı yeni əməliyyat elan edib.

Almaniya, Fransa, Danimarka və İngiltərə kimi ölkələr Polşaya müdafiəni gücləndirmək üçün qoşun göndərməyə razılaşıb.

ELÇİN
Seçilən
81
1
reyting.az

2Mənbələr