Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 578 mənzil alıblar.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika İdarəsi bildirir.
Məlumata görə, bu, ötən ilin ilk 8 ayı ilə müqayisədə olaraq 61 mənzil və yaxud 11,8 % çoxdur.
Təkcə avqustda isə Azərbaycan vətəndaşlarına Türkiyədə 77 mənzil satılıb ki, bu da 1 il əvvələ nisbətən 13 mənzil və yaxud 14,4 % azdır.
Avqustda Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda - 6-cı yerdə qərarlaşıb.
Ümumilikdə, 8 ayda Türkiyədə xarici vətəndaşlara 13 158 mənzil satılıb. Bu, illik müqayisədə 2 042 mənzil və yaxud 13,4 % azdır.
Təkcə ötən ay isə xaricilər Türkiyədə 1 816 mənzil alıblar ki, bu da ötən ilin avqust ayına nisbətən 455 mənzil və yaxud 20 % azdır.
Hesabat dövründə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara 8 ayda 2 253 mənzil satılıb. Bu, ötən ilin ilk 8 ayı ilə müqayisədə 1 036 ədəd və yaxud 31,5 % azdır.
Təkcə avqustda isə rusiyalılar Türkiyədə 283 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 98 ədəd və yaxud 25,7 % azdır.
Növbəti yeri İran vətəndaşları tutublar. Onlar bu ilk 8 ayında bu ölkədə 1 125 mənzil satılıb ki, bu da illik müqayisədə 267 ədəd və yaxud 19,2 % azdır. Avqustda isə iranlılara 155 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 16 mənzil və yaxud 9,3 % azdır.
Ötən ay üçüncü yerdə Almaniya vətəndaşları olub. Belə ki, yanvar-avqust aylarında Almaniya vətəndaşları Türkiyədə 808 mənzil sahib olublar. Bu da 2024-cü ilin 8 ayı ilə müqayisədə 6 mənzil və yaxud 0,7 % çoxdur. Avqustda isə almanlar Türkiyədə 118 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 21 mənzil və yaxud 15,1 % azdır.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar. (Report)