AZ

Azərbaycandan dəniz nəqliyyatı ilə yük ixracı 2,3 dəfə artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəniz nəqliyyatıvasitələri ilə 1,5 milyard ABŞ dolları dəyərində 1,5 milyon ton yükdaşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyənisbətən dəyər ifadəsində 105,4 milyon ABŞ dolları və ya 6,6%, həcmifadəsində isə 429,7 min ton və ya 22,5% azdır.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan83,6 milyon ABŞ dolları dəyərində 141,8 min ton yük ixrac edilibki, bu da illik müqayisədə dəyər baxımından 6 milyon ABŞ dolları vəya 7,8%, həcm ifadəsində isə 80,1 min ton və ya 2,3 dəfə artımdeməkdir.

Eyni zamanda, cari ilin ilk səkkiz ayında dəniz nəqliyyatıvasitəsilə Azərbaycana 1,4 milyard ABŞ dolları dəyərində 1,3 milyonton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən dəyər ifadəsində 111,5 milyon ABŞ dolları vəya 7,3%, həcm baxımıdan isə 509,9 min ton və ya 27,6% azdır.

Seçilən
67
az.trend.az

1Mənbələr