“Bir çox hallarda dövlət dil normaları kobud şəkildə pozulur. Bizim dilimizə, eyni zamanda, bizə yad olan adlardan istifadə olunur. Bununla yanaşı, uzun müddət sovet dövründə Azərbaycana qarşı düşmən fəaliyyəti olan şəxslərin adları verilir. Təbii ki, şəhərin mərkəzində bu adlar yığışdırılıb. Amma bir çox yerlərdə, qəsəbələrdə, rayon yerlərində bəzən bu adların qaldığını hələ də görürük. Bunların aradan qaldırılması üçün də bələdiyyələrin üzərinə iş düşür. Yerli bələdiyyələr təkliflərlə müraciət eləsələr, həmin adları dəyişdirmək çox yaxşı olardı”.
Bizim.Media xəbər verir ki, bunu deputat Vasif Qafarov parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bələdiyyələrin birləşməsində bir çox kənd adlarının səhv yazıldığı məlum olub:
“Bəzi kənd adları səhv yazılıb. Elə kənd var ki, bir hərf düşüb və ya bir hərf başqa cür verilib. Hesab edirəm ki, bunların dəyişdirilməsi və vahid ad altında getməsi yaxşı olardı”.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta