AZ

“Mançester Yunayted”dən İtaliya klubuna

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte İtaliya A Seriyasına transfer oluna bilər.

İdmanxeber.az-ın  məlumatına görə, ingilislər 24 yaşlı uruqvaylı futbolçunu yalnız 60 milyon avroya buraxmağa hazırdır.

Uqarte ötən mövsüm 45 oyunda 2 qol və 6 assistlə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.

“Transfermarkt” oyunçunu 45 milyon avro dəyərləndirir.

 

Seçilən
22
idmanxeber.az

1Mənbələr