AZ

Avropa Gürcüstana sanksiya tətbiq edə bilər

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa Komissiyası Gürcüstana qarşı sanksiyalar tətbiq etmək ehtimalını nəzərdən keçirir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper brifinqdə danışıb. 

“Apardığımız müzakirələrdə sanksiyalardan tutmuş vizasız rejimin dayandırılmasına qədər digər variantlar da nəzərdən keçirilib. Bununla yanaşı, əvvəl bildirdiyimiz kimi, Gürcüstanla siyasi təmaslarımızın səviyyəsini tamamilə azaltmışıq, ölkə rəhbərliyinə maliyyə yardımını dayandırmışıq və vətəndaş cəmiyyətinə dəstəyimizi artırmışıq”, - Hipper qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
qafqazinfo.az

3Mənbələr