"BMT-də keçirilən səsvermənin nəticələri İsrailin artan beynəlxalq təcridini nümayiş etdirir".
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Nyu-York Bəyannaməsinin 142 ölkə tərəfindən qəbul edilməsi Fələstin məsələsində diplomatik balansı əsaslı şəkildə dəyişib.
“İsrail repressiyalarını gücləndirdikcə onun əsl siması üzə çıxır. Hətta İsrailin Fələstində illərdir sistematik repressiyalarına məhəl qoymayanlar belə bunun davam edə bilməyəcəyini deməyə başlayıblar. BMT-də keçirilən son səsvermənin nəticələri İsrailin artan təcridini nümayiş etdirir”, - Ərdoğan qeyd edib
O, Ankaranın illərdir bütün meydanlarda müdafiə etdiyi iki dövlətin yaradılması ideyasının dünya əksəriyyətinin ortaq iradəsinə çevrildiyini vurğulayıb. Türkiyə prezidenti həmçinin deyib ki, BMT-də səsvermənin dəyişdirilməsi açıq şəkildə soyqırımın tanınmasını göstərir və Qərbin Fələstini bir dövlət kimi tanımasının İsraili daha da təcrid edəcəyinə əminliyini ifadə edib. Ərdoğan bu mövqeyini BMT tribunasından müdafiə etməyə davam edəcəyinə söz verib.
QAZİLER.AZ