AZ

Özbəkistanda keçmiş nazir üç il islah işlərinə məhkum edildi

BAKI, 16 sentyabr. TELEQRAF

Özbəkistanın keçmiş kənd təsərrüfatı naziri Aziz Voitov xüsusi külli miqdarda mənimsəmə işi üzrə üç il islah işləri cəzasına məhkum edilib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məhkəmə Voitovu Özbəkistan Cinayət Məcəlləsinin 167-ci maddəsinin 3-cü bəndi (“Mənimsəmə və ya israf etmə yolu ilə oğurluq və ya mənimsəmə xüsusilə külli miqdarda törədildikdə”) bəndi ilə təqsirli bilib. O, aylıq əməkhaqqının 30 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilib. Voitova həmçinin təxminən 13,3 min dollar cərimə kəsilib.

Sabiq nazirə üç il müddətində rəhbər və maliyyə sahəsində məsul vəzifələrdə işləmək qadağan edilib.

Seçilən
23
teleqraf.com

1Mənbələr