AZ

Tacir Şahmalıoğlunun bu sözlərinə Xatirə etiraz etdi

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

"Xatirə islam mənim tələbəm olub. İlk sənətə gələndə mən dərs demişəm. Atası Novruz müəllim əlindən tutub yanıma gətirib, deyib, qızm sənin kasetinlə yatıb durur. İstəyirəm ilk məsləhəti sən verəsən. 6 ay ona dərs demişəm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Günə uğurla" verilişində deyib. İfaçı həmkarı Xatirə İslamın ilk müəllimi olduğunu deyib.

Onun bu sözləri isə Xatirəni əsəbiləşdirib. Proqramda məsələyə münasibət bildirən ifaçı etiraz edib:

"Çox danışa bilmirəm. Tacir bəyin tələbəsi olmamışam. Hamı bilir ki, İslam Rzayevin tələbəsi olmuşam. Gözümü açandan sənətkarlar ətrafında olmuşam. Tacir bəydən də boğazlar oğurlamışam. Amma müəllimim İslam Rzayev olub. Tacir bəy deyə bilər ki, ətrafında olan ifaçılardan biri olmuşam".

Proqramda qonaq olan Əməkdar artist Gülüstan Əliyeva isə "Yadımdadır, Xatirə gözümüzün qabağında böyüyüb. Açıq hava yay konsertlərində Tacir Şahmalıoğlu ilə bir işləyirdi".

View this post on Instagram

A post shared by Axsam_magazin (@axsam_magazin)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
axsam.az

1Mənbələr