AZ

İspaniya Eurovision dan imtina etdi Bu ölkəyə görə

Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"İspaniya İsrailin bu yarışmadan kənarlaşmadığı üçün 2026-cı il Eurovision Mahnı Müsabiqəsində iştirak etməyəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı İspaniyanın dövlət televiziyası RTVE  yayıb.

RTVE prezidenti Xose Pablo Lopez bildiriib ki, onlarınbelə qərar verməsi hökumətin apardığı siyasətlə əlaqəlidir: "İsrailin növbəti müsabiqədə iştirak edəcəyi təqdirdə İspaniya Eurovision Mahnı Müsabiqəsindən imtina edəcək. Bu, hökumətin qərarı ilə təsdiqlənib".

Xatırladaq ki, İsrailin Qəzzadakı hücumuna görə İslandiya, İrlandiya, Hollandiya və Sloveniyada oxşar qərar veriblər.

Onu da bildirək ki, İspaniya ilk dəfə 1961-ci ildə "Eurovision"a qatılıb və indiyədək 63 dəfə iştirak edib. 1968 və 1969-cu illərdə ardıcıl iki dəfə müsabiqənin qalibi olub.

Ləman

MİA.AZ

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
mia.az

1Mənbələr