AZ

“Peşman deyiləm” – Təklifə “yox” deməsinin səbəbini açıqladı

Monteneqrolu hücumçu Stevan Yovetiç 2013-cü ildə klub seçimi ilə bağlı verdiyi qərar barədə düşüncələrini bölüşüb.

Sportinfo.az “Tuttomercato”-ya istinadən xəbər verir ki, o, həmin vaxt “Yuventus”a keçərək, “Fiorentina”nı məyus etmək istəmədiyini bildirib:

“Yuventus”a “yox” deyib, “Mançester Siti”ni seçdiyimə görə peşmanam? Xeyr.

“Fiorentina” ilə xüsusi münasibətim var idi və “Yuventus”a keçərək, onları məyus etmək istəmirdim”.

Həmin dövrdə “Fiorentina”nın oyunçusu olan Yovetiçə “Yuventus” böyük maraq göstərsə də, o, İngiltərəni seçərək, “Mançester Siti”yə keçib. 35 yaşlı futbolçu burada Premyer Liqa çempionluğu yaşayıb.

Yovetiç “şəhərlilər”lə keçirdiyi üç ildən sonra “İnter”ə transfer olunub. Hazırda isə o, Kiprin “Omoniya” klubunda karyerasını davam etdirir.

Seçilən
50
sportinfo.az

1Mənbələr