AZ

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

Rusiyanın yaxın qohumlar – xüsusilə də əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaxızı arasında nikahların qadağan olunması məsələsi gündəmə gəlib.

Bizim.Media “Qazeta.ru”ya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının Ailə, atalıq, analıq və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Vitali Milonov bu təkliflə çıxış edib.

Deputat bildirib ki, belə evliliklər uşaqlarda müxtəlif mutasiyalara və xəstəliklərə səbəb ola bilər:

“Bu nikahlar hər halda qohumluq sayılır və onları qətiyyən bağlamaq olmaz. Ənənələrimizdə də bu, qəbul olunmayıb, əxlaqi baxımdan yolverilməz hesab olunub. Amma qanunvericilikdə boşluq var. Mən yaxın vaxtlarda bununla bağlı təşəbbüs irəli sürəcəyəm. Bu, çox təhlükəli haldır, uşaqlarda xoşagəlməz xəstəliklərə və mutasiyalara yol aça bilər”, — deyə Milonov vurğulayıb.

O, həmçinin Azərbaycanın bu istiqamətdə atdığı addımı müsbət qiymətləndirib:

“Azərbaycanda bu məsələ ilə bağlı qadağa tətbiq olunub. Onlar millətin sağlamlığını qorumaq üçün belə addım atıblar. Biz də geri qalmamalıyıq”, — deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda bu il iyulun 1-dən etibarən qohum evlilikləri qadağan edilib.

Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr