AZ

Xocalıya infotur təşkil edilib

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəliyinin dəstəyi ilə Xocalı şəhərinə növbəti infotur təşkilolunub.

Trend xəbər verir ki, infoturda Böyük Qayıdışa dair I DövlətProqramının Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirənfəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirakedib. Onlar şəhərlə tanış olub, burada aparılan bərpa-quruculuqişləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar.Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və DövlətProqramına əsasən, şəhərdə genişmiqyaslı yenidənqurma tədbirlərihəyata keçirilir, infrastruktur bərpa olunur, burda işləyən vəyaşayan insanlar üçün zəruri şərait yaradılır. İnfoturiştirakçıları Xocalı şəhərində və Ballıca kəndində olublar. OnlarXocalı şəhərində və kənddə Böyük Qayıdış prosesi çərçivəsində doğmayurda qayıdan məcburi köçkün ailələri üçün yaradılan şəraitləyaxından tanış olublar. Keçmiş məcburi köçkünlər infoturun çoxfaydalı və maarifləndirici olduğunu qeyd ediblər. Bildirilib ki,belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşmavə iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanışolmaq, gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsbedir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planıçərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturlarınkeçirilməsi davam etdiriləcək.

Seçilən
19
17
az.trend.az

10Mənbələr