AZ

Regionu çalxalayan olay: 12 ölkə təşvişə düşdü Ərdoğan elə bir anons verəcək ki...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Türkiyənin milli nüvə reaktorlarının inşasına başlaması regionda geniş müzakirələr yaradıb. Rəsmi Ankara bildirir ki, bu layihə xarici ölkələrin iştirakı olmadan həyata keçiriləcək. Ekspertlər düşünürlər ki, sözügedən plan təkcə İsrailin deyil, Yunanıstan, Kipr, Ermənistan, Gürcüstan, İran, Misir, İraq, Suriya, Hindistan, hətta Fransa və Rusiyanın da reaksiyasına səbəb ola bilər.

Türkiyənin bu addımı regional güc balansını dəyişə bilərmi? Bu, hansı ölkələr üçün yeni risklər deməkdir? 

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, indi dövlətlərarası münasibətlərdə əsas meyar gücdür:

“Yəni kim güclüdürsə və öz təhlükəsizliyini təmin edə bilirsə, daha güvənli mövqeyə sahib olur. Bunun fonunda Ankara da milli nüvə reaktorunun inkişafı ilə bağlı bəyanat verib. Hazırda Türkiyənin nüvə arsenalı yoxdur. Ümumiyyətlə, dövlətlərarası münasibətlərdə nüvə silahına malik ölkələr daha az təhdidə məruz qalır. Rusiya-Ukrayna müharibəsi bunu açıq şəkildə göstərdi. 1994-cü ildə Budapeşt Memorandumu çərçivəsində Böyük Britaniya, ABŞ, Fransa və Rusiya Ukraynanın təhlükəsizliyinə zəmanət versələr də, bu təminatlar özünü doğrultmadı. Rəsmi Moskva hücuma keçdi və Ukrayna müharibəsi artıq üç ildən çoxdur ki, davam edir. Bu şəraitdə Türkiyənin nüvə silahına sahib olmaq istəyi başadüşüləndir”.

Yusif Bağırzadə

Politoloq xatırladıb ki, İran illərdir belə niyyətini açıq şəkildə bəyan edir:

“Fikrimcə, Türkiyə sonda sakit formada nüvə silahının olduğunu açıqlayacaq. Üstəlik, Türkiyənin strateji tərəfdaşı Pakistan nüvə silahına malikdir və bu sahədə güclü təcrübəyə sahibdir. Digər tərəfdən, Qərbin tətbiq etdiyi hərbi sanksiyalardan sonra Ankara öz hərbi sənayesini, xüsusilə pilotsuz uçuş aparatları və “Kaan” döyüş təyyarəsi kimi layihələri sürətlə inkişaf etdirib. Bunlar nəzərə alınarsa, Türkiyənin nüvə silahına sahib olması üçün həm texnoloji, həm də strateji əsaslar formalaşır. Bu, eyni zamanda Azərbaycanla müttəfiqlik münasibətlərini daha da gücləndirə bilər, çünki iki ölkə arasında Şuşa Bəyannaməsi mövcuddur”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
globalinfo.az

1Mənbələr