AZ

Bu ölkədə gəlin oğurluğu na görə cəzalar sərtləşdirildi

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanda 16 sentyabrdan etibarən İnsan oğurluğu ilə bağlı Cinayət Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bundan sonra “gəlin qaçırma” və məcburi evləndirməyə görə cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması, həmçinin iki ilədək həbsxanada cəza nəzərdə tutulur.

Qurum qeyd edib ki, əvvəllər oğurladığı şəxsi könüllü azad edən adam cinayət məsuliyyətindən azad edilə bilirdi. İndi isə cinayətkarların belə imkanı olmayacaq və onlar qanuna uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Əgər cinayət ağır nəticələrə səbəb olarsa, təqsirləndirilən şəxs beş ildən on ilədək həbs cəzası ala bilər. Daha sərt cəza zor tətbiqi ilə oğurluq, uşaqların və yeniyetmələrin oğurlanması, cinayətin bir qrup şəxs tərəfindən və ya xidməti vəzifədən istifadə olunaraq törədilməsi hallarında nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
lent.az

1Mənbələr