BAKI, 16 sentyabr. TELEQRAF
Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürüb.
Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın U-19 komandası Portuqaliya “Benfika”sının müvafiq yaş qrupundan ibarət klubunun qonağı olub.
Lissabondakı "Benfika Kampus” kompleksinin stadionunda təşkil olunan görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 7:1.
“Qartallar”ın heyətində Daniel Qonçalo 4, Miqel Fiqeyredo, Françisko Silva və Stefan bir qol müəllifi olublar.
Ağdam təmsilçisindən yeganə qolu 85-ci dəqiqədə Əli Qazibəyov vurub.
Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası növbəti oyununu Danimarkanın “Kopenhagen” klubuna qarşı keçirəcək. Oktyabrın 1-də reallaşacaq görüş Bakıda baş tutacaq.