AZ

Britaniya Rusiya dronlarını Typhoon qırıcıları ilə vurmaqla hədələdi

Böyük Britaniyanın müdafiə naziri Con Hili bəyan edib ki, NATO yaranan təhdidlərə “qətiyyətlə cavab verir” və Typhoon qırıcıları alyansın hava məkanına daxil olan Rusiya PUA-larını vurmağa hazırdır.

Bizim.Media xəbər verir ki, onun sözlərini The Guardian yayıb.

“Əgər polyakların həyatına təhdid yaradan dronlar varsa, NATO onları məhv etmək üçün tədbir görəcək”, — Hili bildirib.

Nazirin sözlərinə görə, Britaniya Typhoon qırıcıları NATO-nun hava məkanını qorumağa yönəlmiş daha geniş missiyanın bir hissəsidir. Onlar Şimali Atlantika Alyansının “Şərq keşikçisi” əməliyyatı çərçivəsində yerləşdirilib.

16 sentyabrda Böyük Britaniyanın baş naziri Kir Starmer açıqlamışdı ki, Eurofighter Typhoon qırıcıları Polşaya göndəriləcək. Bu qərar NATO-nun “Şərq keşikçisi” əməliyyatı çərçivəsində qəbul olunub.

Starmer dəqiqləşdirib ki, Polşa prezidenti Karol Navrotski ilə Polşa hava məkanına pilotsuz uçuş aparatlarının daxil olması məsələsini müzakirə edib. Bunun nəticəsində Britaniyanın Polşada əlavə hava qüvvələrinin yerləşdirilməsi qərara alınıb.

Bizim.Media

Seçilən
31
1
bizim.media

2Mənbələr