AZ

Rusiyalı sahibkarlar kütləvi şəkildə HƏBS EDİLİR – Hüquqşünaslar həyəcan təbili ÇALIR – FOTO

Rusiyada sahibkarların həbsləri kütləvi xarakter alır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada getdikcə daha çox iş adamları dələduzluqda və vergidən yayınmada ittiham olunur və cinayət işlərinin sayı artır.

Hüquqşünasların sözlərinə görə, iqtisadi gərginlik və büdcə kəsiri fonunda dövlət cəza və aktivlərin müsadirəsi hesabına gəlir əldə etməyə çalışır.

Xüsusilə “siyasi cəhətdən həssas” sahələrdə təqiblər güclənib – sahibkarlar ianələr və müxalifətlə əlaqələrə görə də hədəfə alına bilirlər.

Artıq Qriqori Kunis (iGooods), Anton Lozin (Kukhnya na rayone), İlya Saçkov (F.A.C.C.T.), Ayan Şabutdinov (Like Center) və başqaları həbsdədir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
15
interpress.az

1Mənbələr