Keçmiş alman diplomatı və Münhen Təhlükəsizlik Konfransının sabiq sədri Volfqanq İşinqer Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh danışıqlarının hələ başlamadığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini RBC-Ukrayna yayıb.
İşinqerin sözlərinə görə, Vaşinqtonun təşəbbüsü ilə ABŞ və Rusiya arasında birbaşa təmasların başlanması müsbət haldır. Lakin o hesab edir ki, bu təmaslar hələlik konkret nəticə verməyib və Moskva sülh yolu ilə həllə real maraq göstərmir.
"Başqa sözlə, danışıqların çıxılmaz vəziyyətə düşdüyünü deməzdim. Deyərdim ki, danışıqlar hələ həqiqətən başlamayıb. Və biz ümid edirik ki, nə vaxtsa başlayacaq", – deyə İşinqer vurğulayıb.