AZ

Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisinə başlanılıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Naxçıvan, 16 sentyabr, AZƏRTAC

Babək rayonunun Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin tikintisinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Babək rayonunun Nehrəm qəsəbəsində torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyaları və təzyiqli boru xətləri çəkilir.

Görülən işlər çərçivəsində diametri 1220 millimetr, qalınlığı 12 millimetr olan borular 3 kilometr məsafəyə, diametri 1220 millimetr, qalınlığı 10 millimetr olan borular isə 2340 metr məsafəyə boşaldılıb. Lazımi izolyasiya və qaynaq materialları da əraziyə gətirilib. Boru xətti üçün 16 km uzunluğunda trassa hazırlanıb. Relyef çətin olduğuna görə, boru daşıyan maşınların rahat hərəkət etməsi üçün 6-8 metr enində yol salınıb, dərələr doldurulub, bəzi təpələr kəsilərək texnikanın hərəkəti üçün şərait yaradılıb.

Bundan başqa, 13 birləşmədən ibarət 169 metr uzunluğunda qaynaq işləri aparılıb. Hazırda isə 2-ci nasos stansiyasının və həcmi 1500 kubmetr olan su anbarının yerində qazıntı işləri davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
8
azertag.az

9Mənbələr