AZ

Volodin Polşada dron insidentini şərh etdi

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Polşada baş verən pilotsuz uçuş aparatları (PUA) insidentini təxribat adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, məsələ ilə bağlı çıxışını parlamentin plenar iclasında səsləndirib.

"PUA-lar haradan gəliblər? Onlar Ukraynadan gəliblər. Silahsız gəliblər. Niyə? Çünki bu, təxribat idi", – deyə Volodin bildirib.

Dövlət Dumasının sədri Avropa ölkələrinin, xüsusilə də Polşanın "yeni qorxu hekayələri uydurduğunu" deyib. Onun sözlərinə görə, bu hallar regionda süni gərginlik yaratmağa xidmət edir.

"Onlar özlərini ayıq-sayıq vəziyyətə saldılar və söhbət başladı ki, Rusiya, görürsən, onları fəth etmək istəyir. Onlar kimə lazımdır?" – Volodin əlavə edib.

Seçilən
84
1
operativmm.az

2Mənbələr