AZ

Xurma ixracı Azərbaycana 33 milyon dollar valyuta gətirib

Bu ilin ilk 8 ayında Azərbaycandan 32,9 milyon dollar həcmində 45 min 836 ton xurma ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5,2 milyon dollar və ya 18,6%, miqdar ifadəsilə isə 10 min 471 ton, başqa sözlə 29,6% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 27,8 milyon dollar dəyərində 35 min 365 ton xurma ixrac olunmuşdu.

Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xurmanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 22 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 33 qəpik idi. Bu da illik müqayisə ilə 11 qəpik və ya 8,3% ucuzlaşma deməkdir.

Bu il 8 ayında ümumi ixracın 0,19%-u, qeyri-neft sektoru üzrə ixracın isə 1,37%-i xurmanın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,15% olub.

Seçilən
24
fed.az

1Mənbələr