AZ

Ağdamda “şou” göstərib videolarını “TikTok”da yayan “avtoş” sürücü 90 HT 335 VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ağdam rayonu, Qaradağlı kəndində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videoları sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 90-HT-335 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib. Belə ki, sürücü yol boyu təhlükəli manevrlər edərək özüylə yanaşı digər hərəkət iştirakçılarına da qəza şəraiti yaradıb. Kadrdan da göründüyü kimi, döngəyə sərt daxil olan sürücü qarşı tərəfdən gələn “VAZ-2106” markalı maşınla toqquşmaqdan son anda xilas olub.

Digər görüntüdə isə o, yüksək sürətlə lüzumsuz manevrlər edərək hərəkətdə olan maşını ötüb. Bunlarla kifayətlənməyən sürücü maşının damına və ön şüşəsinə operativ nəqliyyat vasitələrinə aid olan göy və qırmızı sayrışan işıq siqnalları quraşdırıb. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
avtosfer.az

1Mənbələr