AZ

Qazaxıstanda məcburi nikah qanunla qadağan edildi

Ajans.az xəbər verir ki,bu barədə "Kazinform" agentliyi məlumat yayıb. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, artıq bu əməlləri törədən şəxslər on ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər. Cəza xüsusilə əgər hadisə zorakılıqla müşayiət olunarsa və ya yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilərsə, daha sərt olacaq. Prezident Tokayev bu qərarı insan hüquqlarının müdafiəsi və cinsiyyət bərabərliyinin təmin olunması istiqamətində atılan vacib addım kimi qiymətləndirib. O bildirib ki, ölkədə qadınlara qarşı zorakılığın qarşısının alınması hökumətin əsas prioritetlərindən biridir. Qazaxıstanda qadın hüquqları üzrə fəaliyyət göstərən təşkilatlar və beynəlxalq qurumlar, o cümlədən BMT-nin Qadınlar üzrə Agentliyi, bu qanuni dəyişiklikləri müsbət addım kimi qiymətləndiriblər. Onlar uzun illərdir məcburi nikah və qız oğurluğu kimi ənənəvi, lakin zərərli təcrübələrin qarşısının alınması üçün çağırışlar edirdilər.

 

Seçilən
37
Ajans.az

1Mənbələr