AZ

Azərbaycan-BƏƏ əlaqələri yeni mərhələyə qədəm qoyur -ŞƏRH

Son illər ərzində Azərbaycan Respublikasının xarici siyasətində ərəb ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. 
Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfər edib. Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Azərbaycan Prezidenti İlham Əliyev yüksək qonağı şəxsən qarşılayıb. Səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə işğaldan azad olunmuş ərazilərdə inşa edilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları barədə ətraflı məlumat verilib. Bu görüş və təqdimatlar Qarabağın dirçəlişi və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətli bir mərhələ kimi dəyərləndirilir.

Sherg.az-a açıqlama verən politoloq Tural İrfan Ərəb Əmirliklərinin ölkəmizə qarşı diqqətinin Qarabağ zəfərindən sonra artdığını diqqətə çatdırıb:

"Azərbaycanın ərəb ölkələri ilə yaxın əlaqələri var və bu əlaqələr inkişaf tempində davam etməkdədir. Əsasən Qarabağ zəfərindən sonra ölkəmizə diqqət daha da artıb və bu, ərəb ölkələrinin münasibətlərində də özünü göstərir. Yeni iqtisadi, ticari əlaqələr qurulur və müxtəlif sahələrdə yaxınlaşmalar davam edir. Birləşmiş Ərəb Əmirlikləri ilə də sıx münasibətlərimiz davam edir. Mədəni, iqtisadi, ticari əlaqələrin daha da yüksək səviyyədə təşkili və inkişafı üçün görüşlərin, səfərlərin olması lübüddür. Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşünün olması Qarabağa olan xüsusi diqqətin nəticəsidir. Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi yeni əlaqələrin ən yüksək səviyyədə inkişafının sübutudur". 

Politoloq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın yaşıl enerji sektoruna investisiya qoyan ölkələrdən biri olduğunu xatırladıb: 
"Qarşılıqlı səfərlər ölkələr arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Azərbaycanın Körfəz bölgəsində əsas tərəfdaşlarından biri kimi Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin dərinləşməsi arzu olunandır. Qarabağda hava limanları ilə tanışlıq onu göstərir ki, artıq tam təhlükəsiz şəkildə bu limanlara uçuşlar həyata keçirmək, iqtisadi, ticari əlaqələri genişləndirmək mümkündür".
Seçilən
12
sherg.az

1Mənbələr