AZ

Azərbaycan və Özbəkistan CASCA+ çərçivəsində səylərini birləşdirirlər

Daşkənd. Trend:

Azərbaycanın “ADY Express” şirkəti və Özbəkistanın “AllianceMultimodal” şirkəti Özbəkistan ilə Azərbaycan arasındayükdaşımaların həcminin artırılması, CASCA+ nəqliyyat dəhlizinəyeni özəl operatorların cəlb olunması, həmçinin Çin–Avropaistiqaməti üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərinimüzakirə ediblər.

Trend bu barədə“Uztemiryulkonteyner”ə istinadən xəbər verir.

Görüş Bakıda – Azərbaycanın paytaxtında keçirilən “Qara dəniz –Xəzər dənizi: marşrutlar, yüklər, infrastruktur” adlı beynəlxalqforum çərçivəsində baş tutub.

Forumda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TITR)genişləndirilməsi perspektivləri, Azərbaycanın regional tranzitqovşağı kimi potensialı, həmçinin Orta Dəhlizin strateji əhəmiyyətimüzakirə olunub.

Xüsusi diqqət Türkiyədə logistika infrastrukturunun inkişafına,konteynerləşmə proseslərinin sürətləndirilməsinə, eləcə də artanyük axınlarına uyğunlaşmaq üçün dəniz limanlarının və terminallarınmüasirləşdirilməsinə yönəldilib.

Son səkkiz ildə Azərbaycan ilə Özbəkistan arasında ticarətdövriyyəsi səkkiz dəfə, birgə istehsalatların həcmi isə beş dəfəartıb.

Məqalədə:
Seçilən
58
az.trend.az

1Mənbələr