AZ

Çimərliklər bağlandı: Bu yırtıcılara görə

Misirdə köpəkbalığı ilə bağlı problem yaranıb.

Publika.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, sahilə yaxın üzən yırtıcılar səbəbindən bir neçə çimərlik bağlanıb. Ölkəyə səfər etməyi planlaşdıran turistlərə yerli çimərliklərdə təhlükə barədə xəbərdarlıq edilib.

İstirahət edənlər qeyd ediblər ki, yırtıcıları Hurqada sahillərində və Makadi kurort şəhəri yaxınlığında müşahidə ediblər. Son bir neçə gündə beşulduzlular da daxil olmaqla, 10-a yaxın otel çimərliklərini bağlamaq məcburiyyətində qalıb.

Turistlərdən birinin sözlərinə görə, noyabr ayı üçün tur bron edərkən ona xəbərdarlıq edilib ki, hazırda kurortların çimərliklərinin yaxınlığında köpək balıqları var.

Seçilən
6
publika.az

1Mənbələr