"Artıq əsas işimiz İsrailin gələcəkdə mümkün hücumuna cavab vermək, belə bir hücumun təkrarlanmaması üçün lazımi tədbirləri görməkdir. Bütün digər siyasi məsələlər hazırda ikinci dərəcəli əhəmiyyətə malikdir",– sözçü deyib.
![]() |
Tramp:"Qətərlə ehtiyatlı davranın" |VİDEO |
Xatırladaq ki, ötən günlərdə İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyərək, İsrail və HƏMAS arasında "atəşkəs danışıqlarına vurulan zərbə" adlandırıb.
Məlumat üçün bildirək ki, hər iki ölkə: Qətər və İsrail Vaşinqtonun yaxın müttəfiqləri sayılır.
Digər tərəfdən, Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazıb ki, HƏMAS, bu hücuma baxmayaraq, Qəzza zolağında atəşkəs danışıqlarını "tələblərinə uyğun şəkildə" yekunlaşdırmağa maraqlıdır.
Firudin Həmidli
AzVision.az