AZ

Azərbaycan Avropa Karlar İdman Təşkilatının tədbirinə ev sahibliyi edəcək

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Deflimpiya Komitəsinin təşəbbüsü ilə Avropa Karlar İdman Təşkilatının (European Deaf Sport Organisation - EDSO) Baş Assambleyası 2027-ci ildə ölkəmizdə keçiriləcək.

Komitədən BAKU.WS-ə verilən məlumata əsasən ölkəmizdə ilk dəfə keçirilməsi planlaşdırılan tədbir eşitmə məhdudiyyətli idmançılar üçün böyük imkanlar yaratmaqla yanaşı, Azərbaycanın deflimpiya hərəkatında olan önəmini artıracaq.

1983-cü ildə yaradılan EDSO 40-dan çox ölkədən, 1000-dən çox eşitmə məhdudiyyətli şəxslərin idman klubları və on minlərlə eşitmə məhdudiyyətli idmançını əhatə edir. Sözügedən təşkilat hazırda Avropa regionu üzrə eşitmə məhdudiyyətli idmançıların və şəxslərin birləşdiyi ən mötəbər qurum olaraq fəaliyyət göstərir. Həmçinin 2025-ci ilin aprel ayında Deflimpiya Komitəsinin təşəbbüsü ilə Beynəlxalq Karlar İdman Komitəsi (ICSD) və EDSO rəhbərliyi ilk dəfə ölkəmizə səfər edərək komitənin fəaliyyəti və azərbaycanlı idmançılarla tanış olub.

Qeyd edək ki, 2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan Deflimpiya Komitəsi eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir. Komitə 2025-ci ildən etibarən ICSD-nin üzvlüyünə qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
baku.ws

3Mənbələr