AZ

Avropa Komissiyası Gürcüstana qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir

Avropa

Avropa Komissiyası Gürcüstana qarşı sanksiyaların tətbiqi və vizasız rejimin dayandırılması imkanlarını nəzərdən keçirir.

Xalqcebhesi.az RİA Novosti-ə istinadən xəbər verir ki, bunu Aİ Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Anitta Hipper bildirib.

O, qeyd edib ki, buna səbəb Gürcistanda "demokratiyanın geri çəkilməsi", yəni Avropa İttifaqının müşahidə etdiyi siyasi geriləmədir. Xidmət nümayəndəsinin sözlərinə görə, tərəflər arasında siyasi əlaqələrin sayı da azalıb, Tbilisiyə maliyyə yardımı isə dayandırılıb.

"Biz Gürcüstan hökumətinə daha çox təzyiq göstərmək üçün müxtəlif imkanları müzakirə edirik, xüsusən də demokratiyanın kəskin geri çəkilməsi ilə əlaqədar. Biz sanksiyalardan başlayaraq, vizasız rejimin dayandırılmasına qədər tədbirləri nəzərdən keçiririk", — deyə o bildirib.

Məryəm Quliyeva

Seçilən
24
1
xalqcebhesi.az

2Mənbələr