Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində bugünlərdə Ucar şəhəri A.Səhhət, Saatlı şəhəri K.Məmmədzadə, Tərtər şəhəri Şah İsmayıl Xətai küçələrində, Masallı rayonu Təzə Alvadı, Qubadlı rayonu Qaralar kəndi ərazilərində, Oğuz rayonu Xaçmaz meşəbəyliyində, Naxçıvan Muxtar Respublikası Uzunoba su anbarının ətrafında təmizlik aksiyaları keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və könüllülərin iştirakı ilə keçirilən aksiyalar çərçivəsində ərazilər ümumilikdə 2.3 tondan artıq tullantıdan təmizlənib.
Ü.QarayevXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.