AZ

Bloger parkinq ödənişi ilə bağlı kömək etdiyi sürücü görün nə etdi ŞİKAYƏT VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bloger Sevinc Hüseynova başına gələn maraqlı və bir o qədər də narahatlıq doğuran hadisəni sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Avtosfer.az xəbər verir ki, blogerin sözlərinə görə, avtomobilini park etdiyi zaman parkinq üçün ödəniş etməyə çalışan dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobilin sahibinə mobil tətbiq vasitəsilə parklanma ödənişi etməyə tövsiyə verib. Bu zaman avtomobildə azyaşlı uşaq da olub.

Lakin həmin şəxs ərazidən uzaqlaşdıqdan sonra gözlənilməz hadisə baş verib. Belə ki, “Gelandewagen”in sürücüsü qeyri-qanuni üsullarla Sevinc Hüseynovanın mobil nömrəsini əldə edib və “WhatsApp” üzərindən ona zəng edərək danışmağa cəhd göstərib.

Bloger isə bu hərəkəti şəxsi həyatına müdaxilə kimi qiymətləndirərək həmin şəxsi sərt şəkildə qınayıb. O, aldığı zənglərin səs yazılarını və bütün gedişatı sosial şəbəkə hesabında paylaşaraq izləyicilərinə təqdim edib.

Sevinc Hüseynovanın paylaşımından sonra mühüm bir sual ortaya çıxıb: bu gün vətəndaşların şəxsi əlaqə vasitələri necə olur ki, asanlıqla üçüncü şəxslərin əlinə keçir? Kimlər bu məlumatları ötürür?

Blogerin izləyicilərilə paylaşdığı həmin videonu sizə təqdim edirik:

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
avtosfer.az

1Mənbələr