AZ

Google bu ölkədə süni intellektə 5 milyard funt sterlinq sərmayə qoyacaq

Müəllif:mehin Qasımova,Banco.az

"Google"  süni intellekt xidmətlərinə artan tələbatı qarşılamaq məqsədilə London yaxınlığında yeni məlumat mərkəzi inşa edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, şirkətin məlumatına görə, Böyük Britaniyaya ümumi 5 milyard funt-sterlinq həcmində investisiya qoyulacaq.

Bu vəsait qarşıdakı iki il ərzində həm infrastrukturun inkişafına, həm də elmi araşdırmalara yönəldiləcək.

Proqnozlara əsasən, sözügedən investisiya nəticəsində ölkədə hər il təxminən 8 250 yeni iş yeri yaradılacaq.

Eyni zamanda, "Google" Böyük Britaniyada şəbəkə sabitliyi və enerji keçidinə töhfə vermək məqsədilə “Shell” şirkəti ilə əməkdaşlıq barədə müqavilə imzalayıb.

Digər tərəfdən, bu gün ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfər edəcəyi gözlənilir. Səfər çərçivəsində təqribən 10 milyard dollar dəyərində iqtisadi razılaşmaların əldə olunacağı bildirilir.

Seçilən
27
1
banco.az

2Mənbələr